İran

Xərçəng dərmanlarının qiyməti 4 dəfə artıb

İranda xərçəng dərmanlarının qiyməti ötən 2 həftə ərzində 4 dəfə artıb.

Xərçəng xəstələri İranın Rokna xəbər portalına reseptlərini göstərməklə dərmanlarının 2 həftə ərzində 859 min tüməndən təxminən 3 milyon tümənə qalxdığını bildirblər.

Onların bir çoxu yeni qiyməti ödəməyə imkanları olmadığına görə resepti geri götürməli olublar. Apteklər: “Bu, Səhiyyə Nazirliyinin yeni tarifidir”, – deyə onların etirazlarına cavab verirlər.

“Qiymət artımı dövlətin ümumi siyasətinə əsasən olunur. Təhsil xərclərinin bahalaşması icra oldunduğu kimi, dərmaların da qiyməti artırılıb”, – deyə xərçəng xəstəlikləri mütəxəssisi həkim Mənuçöher Əhmədi vurğulayıb.

Respublikada xərçəng xəstələrinin sayı gündən-günə artır. Lakin bu vəziyyətə baxmayaraq, müalicə imkanları geriləyir.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button