Dünya

Əşrəf Qəni: Əfqanıstanda qalsaydım, çox adam öldürülər və Kabil məhv olardı

Taliban Kabuldakı prezident sarayına girdikdən bir neçə saat sonra, Əfqanıstan Prezidenti Əşrəf Qəni ölkəni tərk edərək Facebook-da yaydığı ilk açıqlamada, qan tökülməsini dayandırmaq üçün ölkəni tərk etdiyini vurğulayıb. Eyni zamanda Talibanın siyasi dəftərinin rəisi “Bu qədər tez qələbə gözləmirdik” deyib.

Əşrəf Qəni indi harada olduğunu bildirməyib. O, 24 mordad, bazar günü axşam Kabuldan ayrılıb və Əşrəf Qəninin Tacikistana getdiyi və oradan üçüncü bir ölkəyə yollanacağına dair bilgilər var.

Eyni zamanda, Milli Barışıq Şurası başqanı Abdullah Abdullah videomüraciətində Əşrəf Qənini “keçmiş prezident” adlandıraraq, onun Əfqanıstanı tərk etdiyini qeyd edərək deyib: “Allah onunla hesablaşsın”.

Əfqanıstanın müdafiə vəziri Bismillah Xan Məhəmmədi də tuit ataraq yazıb: “Əllərimizi arxadan bağlayıb vətəni satdılar, Qəniyə və dəstəsinə lənət olsun”.

Related Articles

Bir cavab yazın

Back to top button