Azərbaycanİran

Əyləncə gəmiləri Urmiya gölünə qayıdıb

Urmiya gölündə suyun səviyyəsinin artması nəticəsində Novruz günlərində bu göldə qayıq gəzintisi yenidən canlanıb.

Son monitorinqlərə əsasən, Urmiya gölünün səviyyəsi son 6 ayla müqayisədə 13 santimetrdən çox artaraq 1270 metr 26 santimetrə çatıb.

İndi gölün ölçüsü 1241 kvadrat kilometrə çatıb ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 311 kvadrat kilometr artımdan xəbər verir.

Gölün suyunun həcmi bu gün 1 milyard 570 milyon kubmetrdən çox olub ki, bu da onun üçün qeydə alınan ən aşağı həcmlə müqayisədə demək olar ki, üç dəfə çoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button