Dünya

Pakistanda silahlı şəxslər saxlanılıb

Pakistanın Pəncab əyalətində “Məhəmməd ordusu” adlı şiə yaraqlıları qrupunun üzvləri tutuqlanıb. Belə ki, deyin 18-də Pakistanın terrorizmə qarşı mübarizə polisi və əmniyət qüvvələrinin birgə əməliyyatı nəticəsində 7 nəfər saxlanılıb. Qrupun rəhbəri Məhəmməd İqbalının qonşu ölkələrdən birində gizləndiyi deyilir. Pakistan məqamları qruplaşmanın İran tərəfindən dəstəkləndiyini söyləyiblər.
Bundan başqa, Bəluçistan Əyalətində sünni yaraqlıların bir mədənə həmlə etdiyi haqda məlumat verilib. Olay nəticəsində 11 işçi həyatını itirib. Həmin şəxslərin şiə təriqətinə etiqad etdikləri bildirilib. Baş verən olaydan sonra ölkədə yaraqlıların hücumlarının qarşısını almaq üçün ciddi tədbirlər görülür.

Related Articles

Bir cavab yazın

Back to top button