İran

MÜALİCƏ MƏRKƏZLƏRİNİN TULLANTILARI YIĞIŞDIRILACAQ

Qərbi Azərbaycan Ustanı Yaşam Çevrəsini Qoruma İdarəsinin baş müdiri Mehran Nəzəri, “müalicə mərkəzlərinin bütün zibilləri üfuni hesab olunaraq zibilin məhv edilməsi mərkəzlərinə tapşırılacaq. Ustanın bütün şəhristanlarında korona mərizlərin müalicə almasə üçün mərizxana mövcud olub və buna görə də korona mərizliyi üzrə tullantılar yaranıb. Bunların sızıntılarının axar sulara keçə biləcəyinə sakinlərin nigaransslığı artıb. Behdaşti və müalicə mərkəzlərində yaranmış kağızdan olan və adi zibillər də ayrılma olunmadan, üfuni tullantı hesab olunur. Bu tullantılar xüsusi plastik kisələrdə toplanılacaq və bildirilmiş protokollara uyğun olaraq məhv edilməsi üçün məhvetmə mərkəzlərinə göndəriləcək”, – deyə məlumat verib.
Mehran Nəzəri sözlərinə görə, böhran günlərində mütəxəssilər ustanın bütün mərizxanaları, klinikləri və tibbi mətəblərinə gecə-gündüz baş çəkir və bu mərkəzlərin tullantılarına nəzarət edirlər. “Zibil axtaranların qarşısını almaq, gəliş-gedişin gur olduğu yerlərdə mask və əlcək kimi tullantılar üçün xüsusi çənlərin quraşdırılması, koronavirusa bulaşmış tullantıların daşınması üçün otomobillərin ayrılması bu mərizliyin yayılması zəncirinin qırılmasına yardımçı ola bilər. İndiki şəraitdə mərizxnaların tullantılarının hesablanmaması çox önəmlidir. Bu iş ustanın bütün şəhərlərində icra olunur”, – deyə o bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button