Dünyaİran

İran və Ermənistan XİN başçılarının telefon danışığı olub

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

Bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

İran XİN rəhbərinin təşəbbüsü ilə baş tutan telefon danışığında iki ölkə liderləri səviyyəsində müzakirə olunan istiqamətlər və formatlar üzrə əməkdaşlıq, eləcə də Ermənistan-İran ikitərəfli gündəliyinin təşviqi müzakirə olunub.

Telefon danışığı zamanı tərəflər Cənubi Qafqaz və Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi də aparıblar.

Related Articles

Bir cavab yazın

Back to top button