Dünyaİran

ABŞ-də iranlı mühakimə olunacaq

Amerikada yaşayan iranəsilli 59 yaşlı Calal Hacəvi İrana qarşı tətbiq olunan sanksiyaları pozduğuna görə mühakimə olunacaq.

Bu barədə məlumat yayan ABŞ prokurorluğu C.Hacəvinin özünə məxsus ticarət şirkəti adından və Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə İrana ağır texnikalar göndərdiyini bildirib.

ABŞ Ticarət Departamenti ofisinin xüsusi nümayəndəsi Con Conson da Hacəvinin ittihamları ilə bağlı açıqlama verib:

“Amerika mallarının Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə İrana ötürülməsini gizlətmək məqsədilə ixrac sənədlərinin saxtalaşdırılması ciddi qanun pozuntusudur. ABŞ ixrac qanunlarını bir daha ciddi şəkildə araşdıracaq. ABŞ-nin ikili təyinatlı mallarının İran kimi ABŞ-nin milli təhlükəsizlik maraqlarını təhdid edən ölkələrə ixracı hələ də qadağandır”.

Məhkəmə sənədlərinə görə, Cəlal Hacəvi Mayamidəki biznes şirkəti vasitəsilə əvvəlcə Xarici Aktivlərə Nəzarət İdarəsindən lazımi icazələr almadan Amerikanın ağır maşınlarını dolayı yolla İrana ixrac etmək üçün İrandakı bir şəxslə əlaqə saxlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button