
“Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almağı nəzərdə tutan istənilən razılaşmaya hazırıq. Lakin sazişin məqsədi İranı qanuni hüquqlarından (dinc məqsədli nüvə enerjisini inkişaf etdirməkdən) məhrum etməkdirsə, o zaman biz belə bir razılaşmaya hazır deyilik”, – nazir qeyd edib.
Nazir bildirib ki, İran danışıqların altıncı raundunda nüvə sazişi üzrə mümkün razılaşma planını Amerika tərəfinə təqdim etməyi planlaşdırır.
Qeyd edək ki, istər Amerika kəşfiyyatı, istərsə də BAEA-nın məlumatlarına əsasən İran uranı dinc məqsədlər üçün gərək olandan qat-qat artıq, 60% həcmində zənginləşdirib və qısa zamanda nüvə bombası əldə edə bilər.