Təəssüf ki, Qazaxıstanın bir sıra regionlarında və Almatıda bu, zorakılıqla qarşılandı.
Buna görə də hökuməti istefaya göndərmək qərarına gəldim və komendant saatı tətbiq etdim”.
Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz tviter hesabında yazıb.
Tokayev bildirib ki, bütün səylərə baxmayaraq, etirazlar iğtişaşlara səbəb olub.
Prezident vurğulayıb ki, iğtişaşçılarla heç bir danışıq aparılmayacaq:
“Onların ümumi sayı 20 mindir. Bəzilərinin qazax dilində danışmadığı məlum olub”.
“Qazaxıstan xarici diplomatik nümayəndəliklərin, habelə xarici şirkətlərin və investorların şəxsi heyətinin və əmlakının təhlükəsizliyini və mühafizəsini təmin edəcək”, – Tokayev əlavə edib.