Dünya

“Biz təslim olmayacağıq və uduzmayacağıq”-Volodimir Zelenski

Volodimir Zelenski çərşənbə axşamı videomüraciətində yenidən Ukraynadakı vəziyyəti həll etmək üçün danışıqlara çağırış edib.

Videomüraciət Prezidentin “Telegram” kanalında yayımlanıb.

“Müharibə bitməlidir, biz danışıqlar masası arxasına əyləşməliyik. Lakin vicdanlı və əsaslı. Xalqın maraqları naminə”, – deyə Zelenski bildirib.

Rusiya və Ukrayna daha əvvəl üç raund danışıqlar aparıb. İkinci raundda tərəflər vətəndaşların təxliyyəsi, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin birgə təmin edilməsi barədə razılığa gəlinib.

“Böyük Britaniyanın artıq eşitdiyi və vacib olan sözləri bir daha xatırlatmaq istərdim.

Biz təslim olmayacağıq və uduzmayacağıq, sona qədər mübarizə aparacağıq, dənizdə və havada nəyin bahasına olursa olsun torpağımız üçün mübarizəmizi davam etdirəcəyik”-bunu isə Zelenski Böyük Britaniya İcmalar Palatasında deputatlar qarşısında videobağlantı vasitəsilə çıxışında deyib.

O, Mariupoldakı vəziyyətdən danışarkən əraziyə heç bir yemək və suyun buraxılmadığını və insanların panikaya düşdüklərini bildirib.

Ukrayna Prezidenti əlavə edib ki, indiyədək münaqişədə 50-dən çox uşaq həlak olub.

V.Zelenski daha sonra Boris Consondan Rusiyaya sanksiyaları artırmağı istəyib.

Prezident çıxışı zamanı Rusiyanın Avropanın ən böyük Atom Elektrik Stansiyasına hücumunu xatırladıb.

Qeyd edək ki, Böyük Britaniya Parlamentində ilk dəfədir ki, xarici lider parlament üzvləri qarşısında çıxış edir.

Related Articles

Bir cavab yazın

Back to top button