Dünya

Zelenski bugünkü 3 sammit haqqında: “Kimin dost olduğunu, kimin satıldığını görəcəyik”

"Martın 24-də Brüsseldə 3 mühüm sammit keçiriləcək. NATO, Aİ, G7 sammitləri hər birimiz üçün vacibdir”.

Bunları Ukrayna Prezidenti Volodimir Zelenski videoformatda müraciətində deyib.

“Siyasətçilər azadlığı dəstəkləməlidirlər. Onlar həyat uğrunda mübarizəni dəstəkləməlidirlər. Biz ciddi addımlar gözləyirik. Bilirik ki, rusiyalılar artıq öz maraqlarını lobbiləşdirməyə başlayıblar. Bu da müharibənin maraqlarıdır”, – Ukrayna lideri deyib.

“Bilirik ki, onlar bəzi tərəfdaşlarla işləyirlər. Müharibə mövzusunu söndürmək istəyirlər. Üç sammitdə güclü mövqelərimiz olacaq. Bu üç sammitdə kimin dost, kimin ortaq, kimin satılıb xəyanət etdiyini görəcəyik”, – Zelenski əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button