Azərbaycan

Təbriz Universitetində etiraz aksiyası keçirilib

Universitetə polis məmurlarının yerləşdirilməsi öyrəncilərin narazılığına səbəb olub.

Təbriz Tibb Elmləri Universitetinin öyrənciləri aprelin 27-də Universitetə polis məmurlarının yerləşdirilməsinə qarşı etiraz aksiysı keçiriblər.

Aksiyaya səbəb İran hökumətinin xüsusilə qız öyrəncilərin geyimlərinə və hicablarına nəzarət etmək üçün qız yataqxanasının qarşısına məmur və “əxlaq polisi” yerləşdirməsi olub.

Səhər saatlarında dərsə ketmək istəyən qız öyrəncilərdən bir neçəsi geyimlərinə görə yataqxanadan buraxılmayıb və buna etiraz olaraq başqa öyrəncilər Tibb Elmləri Universitetinin qarşısına toplaşaraq aksiya keçiriblər.

Tibb Elmləri Universiteteti qarşısına toplaşan öyrəncilər “nə kazarma, nə zindan, salam olsun Universitetə”, “ləyaqətsiz məsul istefa, istefa” kimi şüarlar səsləndiriblər.

Bundan öncə son bir neçə gün ərzində hökumətin sərəncamı əsasında bir neçə şəhərin Universitetində polis məmurları öyrəncilərin geyimlərinə müdaxilə etdikləri üçün alsiyalar keçirilib, polislərlə öyrəncilər arasında qarşıdurma olub.

Related Articles

Bir cavab yazın

Back to top button