Dünya

QUTERREŞ HƏMAHƏNGLİYİN OLMAMASINDAN NARAZILIQ ETDİ

Birləşmiş Millətlər Təşkilatının baş dəbiri, Covid-19-la mübarizə gedişatında ölkələr arasında “hər hansı bir həmahəngliyin olmamasını” sərt intiqad edib.
Associated Press-ə verdiyi müsahibəsində, Antonio Quterreş dövlətlər və ölkələrin həmahəngsiz hərəkət etməklə “vəziyyətin kontroldan çıxmasına səbəb olduqlarını” başa düşmələri lazım olduğunu vurğulayıb.
Quterreş deyib ki, ölkələr mövcud epidemiyə qarşı mübarizədə nəinki həmkarlıq etməli, eyni zamanda həmahənglik də etməlidir. Həm də müalicə, labratuar mekanismləri və klinik testlər, vaksinlərin əldə etməsinə qatılmalıdırlar.
O, İkinci Dünya Savaşından bəri dünyanın ən çətin beynəlmiləl çağırışa məruz qaldığını da əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button