Azərbaycan

Miyananın 140 kəndi ətarf aləmdən təcrid vəziyyətdədir

Millət vəkili bölgə kəndlərinin normal yol və içməli su xətlərinə malik olmadığını deyib

Şərqi Azərbaycan əyalətinin Miyana şəhərinin İran parlamentindəki nümayəndəsi Mehdi İsmaili təmsil etdiyi bölgədə 140 kəndin normal yolu olmadığı üçün ətraf aləmdən təcrid vəziyyətə düşdüklərini deyib.

İsmaili bununla yanaşı 90 kənddə içməli su probleminin yaşadığını, daha 100 kənddə isə internet və kommunikasiya şəbəkələrinin işləmədiyini qeyd edərək, bölgə problemlərinin əsas amillərindən birinin şəhər məsulları, millət vəkilləri və ölkə məsulları arasında şəxsi mənafe uğrunda aparılan rəqabət olduğunu söyləyib.

Millət vəkili Miyanada işsizlik və əsas sənaye müəssisəsinin durmuna toxunaraq, yanlış idarəetmə və ayrı-seçkilik nəticəsində bölgənin geri qaldığını qeyd edib.

“20 il öncə Miyananın Polafəritmə Şirkəti Nişapur şəhərinin Poladəritmə Şirkəti ilə eyni vaxtda qurulub. İtaliyada kurs və təlim keçmiş Miyana Poladəritmə Şirkətinin mütəxəssis heyəti Nişapur şirkətinin 9-cu istehsal bölməsini işə saldıqları halda, Miyananın öz müəssisənin ikinci istehsal bölməsinin tamamlanması mümkün olmur”-deyə, millət vəkili bunu ayrı-seçkilik və yanlış idarəetmənin açıq nümunəsi olduğunu bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button