Azərbaycanİran

Milli fıalların toy mərasiminin keçirilməsinə icazəverilmədi

İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yerli bölməsi təbrizli milli fəallar Ulduz Qasimi və Əmir Səttarinin bu gün keçirilməsi nəzərdə tutulan toy mərasimlərinə icazə verməyib.

Bu barədə gənclərin yaxınları məlumat yayıb.

Onların sözlərinə görə toy mərasiminin keçirilməsi üçün nəzərdə tutulan salon məmurla tərəfindən möhürlənərək balğlanıb.

Qeyd edək ki, gənclərin toy dəvətnamələri Azərbaycan dilində, latın və ərəb əlifbalarında yazılıb.

Ulduz Qasimi və Əmir Səttari bundan əvvəl dinc və mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs ediliblər.

Related Articles

Bir cavab yazın

Back to top button