Azərbaycanİran

İrandan daha bir xilasetmə rekordu: bir nəfər 5 gündür quyuda qalıb

İyunun 1-də Şərqi Azərbaycan əyalətinin Həştərud (Sərəskənd) rayonunun Kəlləno kəndində 50 metr dərinliyi olan quyuya düşən gəncin xilas edilməsi üçün əməliyyat hələ də davam edir.

Bunu Həştərudun fərmandarı Fərid Qışlaqi deyib.

O, müxtəlif dövlət qurumlarının birgə xilasetmə əməliyyatı keçirdiklərini və yaxın saatlarda gəncin quyudan çıxarılacağını bildirib.

Qışlaqi xilasetmə əməliyyatına ümumilikdə 150 nəfərin cəlb olunduğunu söyləyib. Bir şəxsin quyudan çıxarıla bilməməsi yerli sosial media istifadəçilərinin tənqidi reaksiyasına səbəb olub.

Çox sayda istifadəçi istehza ilə: “Türkiyədən yardım istəyin, çıxarandan sonra öz uğurunuz kimi qələmə verin”, – yazıblar.

Related Articles

Bir cavab yazın

Back to top button