Azərbaycan

Amerika’da Birinci Kere Azerbaycan Türkçesinde Yayın Yapan Araz TV Kurucusu

Qoçu Məmmədi də itirdik

Amerika’da Birinci Kere Azerbaycan Türkçesinde Yayın Yapan Araz TV Kurucusu ; Mühemmed Gavamı Takma ve Ünlü Adı ile Qoçu Memmed / Doğum yeri Culfa- Ata Yurdu Miyana- Ana yurdu Bender Enzeli/ Doğum tarıhı Güneş Yılı1327; 1948, Geçen Günlerde 1400Güneş ili Şubatın 02/ 2022 Dünyasını Değiştirdi , Tanrının Saygısı ve Sevgisi Onun Üzerinde olsun

 

Qoçu Məmmədi də itirdik.

Onun öz adı Məhəmməd Qəvami idi. Ancak Qoçu Məmməd çağırlmasını istəyirdi.
Məmmədin Amerika və Kanadada Azərbaycan musiqisinin tanıtdırlmasında böyük xidmətləri olub. O, 1980ci illərdən Azərbaycan musiqisini kasetlərə köçürüb satardı. Azərbaycanlılar gede bilən tədbirlərdə stol qoyub kasetlərini satardı. Bu həm də Azərbaycan mədəniyyəti barədə sərgi kimi idi. O, İran Taymz qəzetində reklam verərdi. İran malları satan ərzaq dükanlarında da elan qoyardı. O vaxtlar indiki kimi internet, YouTube, və ya sosyal medya yox idi. Azərbaycan respublikasına getmək də çox çətin idi. Odur ki, bu işi ilə, o, musiqi və mədəniyyətimizi çox səmərəli və təsirli şəkildə yayırdı. Soralar o, video kasetlər də yaymağa başladı.
Vaşinqtonda Azərbaycan Mədəniyyət Ocağının qurulmasında da Qoçu Məmmədin əməyi çox idi. O ocağın tədbirlərində fəal iştirak edərdi.
Sovet İttifaqı dağıldı, yollar açıldı. Qoçu Məmməd 1990-cı illərdə tanınmış müğənni Arif Babayevi Amerikaya dəvət etdi və Vaşinqtoda konsert təşkil elədi.
Amerika və Kanadada Azərbaycan musiqisini sevənlər arasında Qoçu Məmməd vasitəsilə tanış olanların sayı az deyil.
Allah ona rəhmət eləsin. Ruhu şad olsun.

Related Articles

Bir cavab yazın

Back to top button