İran

“ETTELAAT” qəzeti: Hökumət xarici düyünü idxal qiymətindən 170% baha qiymətə xalqa satır

İran ali lideri Əli Xameneiyə yaxınlığı ilə bilinən "ETTELAAT" qəzeti ölkəyə idxal olunan düyünün xalqa alış qiymətindən dəfələrlə baha satıldığını etiraf edib.

İran ali lideri Əli Xameneiyə yaxınlığı ilə bilinən “ETTELAAT” qəzeti ölkəyə idxal olunan düyünün xalqa alış qiymətindən dəfələrlə baha satıldığını etiraf edib.

“Aznews tv”xəbər verir ki, sözügedən qəzet İslam Şurası Məclisinin üzvlərindən birinə istinadla bu barədə məlumat dərc edib.

“Hökumət hər bir kilo xarici düyünü yarım dollara idxal edir, yəni hökumət sərbəst valyuta ilə düyünün kilosunu 13 min tümənə ölkəyə gətirir. Lakin ölkənin Dövlət Ticarət Şirkəti ilə birlikdə ölkə daxilində onu təxminən 170% baha qiymətə satır”, – deyə xəbərdə vurğulanır.

İranda düyünün qiyməti son bir neçə həftədə kəskin bahalaşıb və yerli düyünün hər kiloqramı bazarda 55-98 min tümən arasında satılır.

Qeyd edək ki, İranda əvvəl olduqca ucuz qiymətə satılan hind düyüsünün qiyməti ölkəni cənginə alan kəskin inflyasiya səbəbi ilə 34 min tümənə çatıb.

Related Articles

Bir cavab yazın

Back to top button