Azərbaycanİran

İran mediasından daha bir qərəzli yazı: “Azərbaycan xalqı İsrail rejiminin qəminə şərikdir?”

Azərbaycan Prezidenti İsrail prezidentinə göndərdiyi məktubda ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

SEPAH-a yaxınlığı ilə tanınan “Tasnimnews” saytı Azərbaycana qarşı daha bir təhrikedici yazı dərc edib. Yazıda iddia edilir: “Sionistlərin Azərbaycanda xərçəngvari təsiri, bu ölkəni İslam dünyasından ayırmaq cəhdi, öz kəşfiyyat və casusluq şəbəkəsi yaratmaq səyləri, habelə “Pegasus” casus proqramı vasitəsilə Azərbaycan vətəndaşlarının və jurnalistlərinin telefon danışıqlarını dinləməsi ölkə xalqının İsrailə dərin nifrətinin əsas səbəblərindəndir. Azərbaycan xalqı habelə sionist rejimin Azərbaycan Respublikası ərazisindən İran İslam Respublikasına qarşı təxribat xarakterli hərəkətlər həyata keçirməsindən narahatdır. Bu baxımdan İsrail rejiminin İran sərhədlərinə yaxın ərazilərin, o cümlədən 44 günlük müharibədə işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak etmək adı ilə qonşu ölkəyə qarşı zərərli addımlar atacağı istisna edilmir ki, bu da Azərbaycana bir sıra problemlər yarada bilər. Odur ki, Azərbaycan Prezidentinin İshaq Herzoqa məktub ünvanlayaraq Azərbaycan xalqı adından İsrailə başsağlığı verdiyi və ya öz şəxsi hisslərini ifadə etməsi aydın deyil”.

Qeyd edək ki, bütün dünyada işğalçı ölkə kimi tanınan, bölgədə söz sahibi və heç bir rolu olmayan Ermənistanla siyasi-iqtisadi əlaqələrini israrla genişləndirən Tehran hökuməti, necə deyərlər, “öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarır”, qonşu və region ölkələrinin daxili işlərinə qarışmaqdan usanmır. Lakin xüsusilə ikinci Qarabağ savaşında İran rəsmilərinin və mediasının Azərbaycanın öz ərazilərini işğaldan azad etmək uğrunda apardığı haqq savaşını müdafiə etmək əvəzinə, guya “bölgəyə təkfirçi qüvvələri gətirməsi və Qarabağda yaşayan ermənilərin hüquqlarını pozması” kimi davamlı olaraq sərsəm bəyanatlarla və cəfəng fikirlərlə çıxış etməsi Azərbaycan xalqının və dövlətinin gözündən yayınmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button