Dünya

İsrail-Fələstin toqquşmasında ölənlərin sayı artıb

İsrail-Filistin toqquşmasında ölənlərin sayı 89 nəfərə çatıb. İsrailin raket zərbələri nəticəsində indiyədək Qəzzədə 83 nəfər həyatını itirib. Bu barədə Qəzzənin Sağlıq Baxanlığı mərkəzi məlumat yayıb. Bildirilib ki, ölənlərin 17-si uşaq, 7-si xanımdır.
“Həmas”ın İsrail ərazisinə endirdiyi raket zərbələri nəticəsində isə 6 nəfər həyatını itirib. Ölənlər arasında həm qeyri-nizami vətəndaşlar, həm də nizamilər var. İsrailin
“I24” kanalının məlumatına görə, Baş Baxan Benyamin Netanyahu ölkəsinin yüksək nizami və əmniyət məqamları ilə keçirdiyi toplantıda “Həmas”ın atəşkəs önərisini rədd edib.
Xatırladaq ki, meyin 10-dan başlayaraq İsrail ilə “Həmas” arasında gərginlik artıb.
Tərəflər bir-birinə raket zərbələri endirib. İsrail Savunma Qüvvələrinin açıqlamasına görə, Qəzzədən İsrailə indiyədək 1000-dən çox raket atılıb.

Related Articles

Bir cavab yazın

Back to top button