Bölgə

İsrail hökuməti nüvə anlaşması ilə bağlı narahatlıqlarını bəyan etmək üçün Vyanaya rəsmi heyət göndərib

İsrail hökuməti İranla nüvə razılaşması əldə edilməsinin son anlarında Tel-Əvivin narahatlığını müzakirə tərəflərinə izah etmək üçün Vyanaya nümayəndə heyəti göndərib.

İsrail hökuməti İranla nüvə razılaşması əldə edilməsinin son anlarında Tel-Əvivin narahatlığını müzakirə tərəflərinə izah etmək üçün Vyanaya nümayəndə heyəti göndərib.

“Aznews tv”xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Bildirilir ki, İsrail nümayəndə heyəti dünən Vyanata yollanıb və ilk gün Rusiyanın nüvə danışıqlarındakı nümayəndəsi Mixail Ulyanov və Atom Enerjisi üzrə Beynəlxalq Ajansın sədri Rafael Qrossi ilə görüşüb.

Məlumata görə, nümayəndə heyətinə İsrail Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə müavini Coşua Zarka və Atom Enerjisi Komissiyasının siyasət üzrə rəis müavini Gil Reyx başçılıq ediblər.

İsrail nümayəndə heyəti İran istisna olmaqla, danışıqlarda iştirak edən bütün ölkələrin, o cümlədən Çin, Avropa Birliyi, Almaniya, Böyük Britaniya və Amerika nümayəndələri ilə görüşmək niyyətindədir.

Related Articles

Bir cavab yazın

Back to top button