İran

Fars əyalətində evlərin dözümlülüyünün artırılması ilə bağlı işlər görülür

Fars ustanı adlandırılmış Qaşqay türklərinin yurdu, Məskən Bünyadının baş müdiri Ətaulla Zəmani 376 min kənd evinin bəlli edildiyini açıqlayıb. Onlardan 245 mininin dözümlüyü artırılıb. Bu işlər Kənd Evlərinin möhkəm Edilməsi və ya Yeniləşdirilməsi Tərhləri çərçivəsində həyata keçirilib. Daha 131 evin dözümlülüyünün artırılması ilə bağlı işlər görülməlidir. Zəmani onlardan təxminən 50 mininin kümə evlər olduğunu bildirib. Qeyd edib ki, həmin evlər palçıq və dözümsüz məsalehlərlə tikilib. Buna görə də durumları yaxşı deyil. “Hər il evsizlərə 8-15 milyon tümən vam verilir. Öz evini təmir etməyə mali köndü olmayan şəxslərə isə 15 milyon tümən ayrılır. Bu il Ustandari, Bərnamə- Büdcə Sazimanı və Məskən Bünyadı ilə birgə imzalanmış anlaşmaya əsasən, evsizlərə verilən vamın miqdarı 30 milyon tümənə yüksəldilib. Fars əyalətinə ayrılan büdcə payından 3500 yuxsullar üçün ev tikiləcək. Bunlardan 1500-nün tikintisi tamamlanmayıb”,-deyə Zamani qeyd edib.
Bildirək ki Fars ustanı adlanan Qaşqayıstanın Kazerun şəhərində Şiraza nisbət ayrı-seçgilik dözülməz həddindədir.

Related Articles

Bir cavab yazın

Back to top button