İran

İranda jurnalist Səba Azərpeyk həbs edilib

İranlı jurnalist Səba Azərpeykin ailəsi bazar günü onun “FƏTA” qüvvələri tərəfindən tutuqlandığını açıqlayıb. Belə ki, jurnalistin həyat yoldaşı Ətaullah Hafezi bildirib ki, sözügedən polis orqanı Səba Azərpeyki çağıraraq Kompüter Cinayətləri Məhkəməsinə yönəldib. Bundan sonra isə kəfalətlə azad edilməsinə razılıq verilmədiyindən jurnalist tutuqlanıb. Ətaullah Hafezi həbsin qanunsuz olduğunu və xanımının polis məmurları tərəfindən fiziki zorakılığa məruz qaldığını deyib.
Xatırladaq ki, bir müddət öncə jurnalist öz teleqram kanalında Həmid Hacianın pərvəndəsi ilə bağlı məlumat paylaşıb. O, Qəzaiyyə Qüvvəsində gedən qarşıdurmalara diqqət çəkib. Vəkillik fəaliyyəti ilə məşğul olan Həmid Hacian “Sərmayə” Bankında fisad pərvəndəsi üzrə müttəhimlərdən biri olub. O, keçən ilin meyinda güllələnərək qətlə yetirilib.
Qeyd edək ki, İranda jurnalistlərin tutuqlanması, habelə fiziki zorakılığa məruz qalması ilə ilgili bir çox faktlar mövcuddur. Onların davamlı olaraq basqı altında saxlanılması ölkədə söz və fikir azadlığının mövcud durumundan xəbər verir.

Related Articles

Bir cavab yazın

Back to top button