İran

Amerikadakı xəstəxanaya haker hücumu: hücumda İran şübhəli bilinir

Amerika Federal Polisi İdarəsinin (FBI) rəisi Kristofer Rey İranın dəstəklədiyi haker qrupunu Massaçusets ştatının Boston şəhərində yerləşən uşaq xəstəxanasının kompüter şəbəkəsinə hücum etməkdə təqsirli bilib və bunun ən iyrənc haker hücumlarından biri olduğunu bildirib.

O, bu barədə iyunun 1-də məlumat verib. Hücumun zərərsizləşdirilməsinin ildönümündə danışan Rey bildirib ki, FBI xəstəxananın kompüter şəbəkəsinin zədələnməsinin qarşısını almağa kömək edə bilib.

“İran tərəfindən dəstəklənən hakerlər həyatım boyunca gördüyüm ən nifrətə layiq haker hücumlarından birinə əl atıblar”, – deyə FBI rəisi əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button