İran

QƏRBİ AZƏRBAYCANDA VİRUSDAN SAĞALANLARIN SAYI ARTDI

Qərbi Azərbaycan ustanında koronavirusdan sağalanların sayı 1580-ə çatıb. Bu ustanının Tibb Elmləri Danişqahının rəisi Cavad Ağazadə “Fars News”a açıqlamasında deyib ki, virusa tutulan 3579 mərizdən 1.580-i sağalıb.

Onun sözlərinə görə son 24 saatda ustanda 5121 yeni Covid-19 testi keçirilib. Bunlardan 74-nün nəticəsi müsbət çıxıb.

“Bu ustanda virusa tutulan 74 yeni şəxsdən 62-si ayaq üstü, 12-si mərizxanaya qəbul edilməklə müalicəyə alınıb”-deyə Ağazadə artırıb.
Tibb Elmləri Danişqahının rəisi deyib ki, gün ərzində koronavirusa tutulan 17 məriz sağalıb. Ümumilikdə ustanda sağalanların sayı 1580-ə çatıb.

Related Articles

Bir cavab yazın

Back to top button