İran

Rəisi: İran-Ermənistan münasibətləri həmişə mehriban olub və qonşuluq siyasətinə əsaslanıb

İran və Ermənistan arasında hər zaman mehriban qonşuluq və qonşuluğa əsaslanan mehriban münasibətlərin mövcudluğundan ağız dolusu dəm vuran İran prezidenti əlavə edib ki, Tehran və İrəvan arasında çoxillik dostluq əlaqələrinin səviyyəsini yüksəltmək üçün müxtəlif imkanlar mövcuddur.

“Farsnews” xəbər verir ki, Seyid İbrahim Rəisi Ermənistanın İrandakı yeni səfiri Arsen Avakyanın etimadnaməsini qəbul edərkən İran İslam Respublikasının istənilən təcavüzə qarşı qətiyyətli siyasətinə toxunaraq iddia edib: “Bu gün İranı bütün dünyadan fərqləndirən cəhət bizim Amerika və hegemon ölkələrin təcavüzkarlığına qarşı prinsipial mövqeyimizdir”.

30 il ərazində qəsbkar Ermənistan rejiminin Azərbaycanın Qarabağ ərazisini işğalda saxlamasını, 1 milyondan çox müsəlmanı öz yurdlarından didərgin salmasını və Xocalı qətliamı törətməsini gözardı edən İran prezidenti ölkəsinin guya hər zaman digər dövlətlərin milli suverenlik hüququna və ərazi bütövlüyünə hörməti dəstəklədiyini deyib.

Görüşdə erməni səfir də bildirib ki, ölkəsinin rəsmiləri İranla bütün sahələrdə əlaqələri genişləndirməkdə qərarlıdırlar: “Ermənistan iki ölkə arasında münasibətlərin səviyyəsini strateji əlaqələr səviyyəsinə qaldırmağa hazırdır”.

Related Articles

Bir cavab yazın

Back to top button