İran

SEPAH yenidən Azərbaycanı hədələdi

İslam İnqilabının Keşikçiləri Korpusu öz Tvitter səhifəsində video paylaşaraq başlıqda yazıb: “İran beynəlxalq sərhədləri dəyişdirmək məqsədilə istənilən plana sərt cavab verəcək”.

 

Videoda ötən il İranın ali rəhbərinin ikinci Qarabağ müharibəsi haqda çıxışından sitat gətirilir: Beynəlxalq sərhədlərə riayət edilməlidir. Yəni, münaqişə tərəfləri ölkələrin beynəlxalq səviyyədə tanınan sərhədlərinə təcavüz etməməli və terrorçular da sərhədlərimizin yaxınlığında yerləşdirilməməlidir.

Videoda habelə SEPAH-ın Quru Qoşunlarının komandanı general Məhəmməd Pakpurun İranın Azərbaycan sərhədləri yaxınlığında keçirdiyi hərbi təlim zamanı verdiyi açıqlama yer alıb: Biz bölgənin bütün ölkələrinin ərazi bütövlüyünə hörmətlə yanaşırıq və sərhədlərin geosiyasətində hər hansı dəyişikliyi qəbul etmir, bunu İranın qırmızı xətti hesab edirik.

Sonda, videoda Ermənistanın Azərbaycanla olan sərhədi qabarıq xətlə çəkilərək altında “qırmızı xətt” yazılıb.

Related Articles

Bir cavab yazın

Back to top button