Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Tehran bazarlarında ayaqqabı qiymətlərində artım

Tehranın Maşınla Tikilən və Lastik Başmaqçılar İttihadiyyəsinin rəisi Əli Əjdərkoş bildirib ki, başmaq qiymətlərində bu il artım var. Onun sözlərinə görə, ötən illə müqayisədə bu ilin şəhrivərində qiymətlərdə yüzdə 30-40 artım qeydə alınıb. Bununla da bazarlarda alıcılıq qabiliyyəti yüzdə 50 azalıb.
Əli Əjdərkoş bildirib ki, COVİD-19-un yayılması bu sahədə çalışanlara ziyan vurub. Qurum rəsmisi alıcılığın Novruz bayramında daha yüksək olduğunu deyib. Ölkədə koronavirusun ikinci dalğasının başlaması ilə bazarda satış daha da zəifləyib.
Əli Əjdərkoş koronadan ziyan görmüş peşələrə ayrılmış vam barədə deyib: “hələ bu vaxta kimi kimsənin belə bir vamı aldığını eşitməmişik. Ona görə ki, bu vamı almağa elə bir şərtlər qoyulub ki, demək olar, vamın alınması mümkün deyil”.

Related Articles

Bir cavab yazın

Back to top button