İran

İranın Türkiyədəki kəşfiyyat şəbəkəsinə qarşı əməliyyat keçirilib

Türkiyənin Milli İttilat Təşkilatı İran ittilatına işləyən məşhur narkotik qaçaqmalçısı Naci Şərifi Zindaşti ilə əlaqəsi olan 13 nəfəri həbs edib. Casus qrupuna Zindaştinin qardaşı oğlu Turqay D. və bacısı oğlu Bəxtiyar F. başçılıq edib. Kəşfiyyat məlumatları əsasında müxalifətçi Həbib Fərəcullah Çəəbin İrana qaçırılmasında Zindaştinin əli olduğu müəyyənləşdirilib. A haberin məlumatına görə, Çəəb oktyabrın 9-da İran ittilaatının məmuru Səbrin Səidi ilə görüşmək üçün Sueddən İstanbula gəlib. Onun İstanbuldan Suedə qayıdış bileti də olub. Ancaq qayıdış tarixində Həbib Çəəb təyyarəyə minməyib. Səbrin Səidi də casus qrupu tərəfindən Çəəblə görüşmək üçün İstanbula gətirilib. Onlar Həbib Fərəcullah Çəəbin əl və ayaqlarını plastik yapşıqanla bağlayıblar. İrana doğru hərəkət edən Zindaştinin adamları alternativ yollardan Türkiyənin Van şəhərinə çataraq Çəəbi İrana aparıblar.

Related Articles

Bir cavab yazın

Back to top button