Dünya

Qazaxıstanın Baş naziri Çində səfərdədir

Qazaxıstanın Baş naziri Alixan Smailov Çində işgüzar səfərdədir.

Bu barədə Qazaxıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısının tapşırığına əsasən, Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov ÇXR-ə işgüzar səfər edib.

Alixan Smailovun ÇXR Dövlət Şurasının Baş naziri Li Tsyanla ticarət-iqtisadi əməkdaşlıq məsələlərinin geniş spektrinin müzakirəsi planlaşdırılır”, – məlumatda bildirilir.

Qeyd edək ki, Smailov Şanxayda 6-cı Çin Beynəlxalq İdxal Malları Sərgisinin açılışında da iştirak edəcək və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə birlikdə burada təqdim olunan milli pavilyonlarla tanış olacaq.

Related Articles

Bir cavab yazın

Back to top button