İran

SEPAH-ın raket hücumları: İraq təzyiqlərə görə şikayətini geri götürüb

Rəsmi Bağdad Sepah-ın Ərbilə raket zərbələri endirməsinə görə Birləşmiş Millətlər Təşkilatının Əmniyət Şurasına göndərdiyi şikayətini geri götürüb.

“Aznews tv” xəbər verir ki, bu barədə “Əl-Ərəbi əl-Cədid” xəbər ajansı iki iraqlı mənbəyə istinadən məlumat yayıb.

Sepah-ın İraqın Kürdüstan vilayətinin mərkəzinə raket zərbələri endirməsindən təxminən 20 gün sonra İraqın sözügedən iki dövlət rəsmisi Mustafa Əl-Kazımi hökumətinin İrandan Təhlükəsizlik Şurasına göndərdiyi şikayəti ləğv etdiyini bildirib.

Bununla yanaşı, İraq Xarici İşlər Naziriyinin rəsmi şəxslərindən biri İran hökumətinin Sepah-ın martın 14 və 17-də İraqa raket hücumu ilə bağlı açıqlama verməsi üçün Bağdad hökumətinin rəsmi sual və tələblərindən heç birinə cavab vermədiyini qeyd edib.

O, İraq hökumətinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına göndərdiyi şikayətini ləğv etməsini İranın basqısıi ilə əlaqələndirib.

Related Articles

Bir cavab yazın

Back to top button