Dünya

İsrail Hizbullah və “Qüds Qüvvələri” ilə mübarizə üçün hərbi hava təlimi keçirib

Yunanıstanın ev sahibliyi ilə bir neçə ölkənin qatıldığı "Iniohos- 2022" adlı hərbi manovr keçirilib.

“Aznews tv”xəbər verir ki, təlimlərdə İsrailin Hərbi Hava Qüvvələri də 11 ədəd F-16 təyyarəsi ilə təmsil olunub.

İsrail heyəti bir neçə gün ardıcıl olaraq real döyüşə yaxın hərbi təlimlər keçirib.

Təlimlərə cəlb edilmiş İsrail Hərbi Hava Qüvvələrinin arasında əsas diqqəti 201 və 252 saylı eskadralar olub. Bu bölümlər ötən il Fələstinin “Həmas” və “İslami Cihad Təşkilatları”nın raket anbarlarının məhv edilməsini həyata keçiriblər.

Eləcə də 201 və 252 saylı eskadlara son illər Suriyada “Sepah”ın “Qüds Qüvvələri” və ona bağlı yaraqlılara qarşı onlarla hava hücumu təşkil edib.

Həqiqi döyüş səhnəsinə yaxın təlimlərdə sözügedən bölümlərin iştirakının onların Hizbullah və “Qüds Qüvvələri” ilə mübarizə yönündə hazır vəziyyətə gətirilməsi anlamına gələ bilər.

Related Articles

Bir cavab yazın

Back to top button