Həsən Ruhaniyə rəy verənlərin yüzdə 86-i seçkilərdə iştirak etməyib.
İranlılar arasında rəy sorğusu keçirən araşdırma qrupu – “GAMAAN”ın əldə etdiyi son nəticələrə görə, ölkədə keçirilən 13-cü prezident seçkilərinə İran əhalisinin yalnız yüzdə 22-i qatılıb.
Rəy verənlərin yüzdə 63-ü “nizama və rəhbərə dəstək” üçün rəy verdiyini bildirib. Yüzdə 22 rəy verənlər seçkiyə qatılmaqdan hədəflərinin “rəy haqqından istifadə etmək və nizamın cumhuriyyətini qorumaq” olduğunu deyiblər. Seçicilərin yüzdə 10-u da “məcburiyyətdən və ya kimlik sənədinə möhür vurulsun deyə” rəy verdiklərini vurğulayıb.
Holənddə yerləşən adıçəkilən rəy sorğusu mərkəzi 25-27 xordad tarixləri arasında 47 min iranlı arasında “bu ilki prezident seçkiləri” mövzusunda rəy sorğusu keçirib.
Rəy sorğusunun son nəticələrinə görə, cəmiyyətin yüzdə 72-ə yaxını bu ilki prezident seçkilərində rəy verməyəcəklərini, təxminən yüzdə 22-i qəti rəy verəcəklərini və yüzdə 6-ı isə hələ son qərar vermədiklərini bildiriblər.