İran

Zindanın vəziyyətinə etiraz edən fəalların yerləri dəyişdirildi

Azərbaycanlı milli mədəni fəallar Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi-Nadarlı mordadın 26-ı yaxınları ilə telefonla danışıqlarında bəndlərinin dəyişdirildiyini bildiriblər.
Qeyd edək ki, fəalların bəndlərinin dəyişdirilməsi həbsxanada koronavirusun yayılması və sağlamlıq şəraitinə etiraz edildikdən sonra baş verib.
Əldə etdiyimiz bilgilərə görə, Əlirza Fərşi Evin Həbsxanasındakı başqa hissələrə nisbətən daha pis vəziyyətdə olan Andərzqah 8-ci salonundan 9-cu salonuna köçürülüb.
Bildirək ki, zindanlarda koronavirusun yayılmasına baxmayaraq, milli fəallar Manafi, Fərşi, Şeyxi 31 tir 1399-cu ildə tutuqlanıb. Cəzalarını çəkmək üçün Evin zindanına köçürülüblər.
Xatırladaq ki, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi, Əkbər Azadla birlikdə 92-ci ilin isfənd ayının 1-də tutuqlanıblar. Onlar birinci məhkəmə tərəfindən toplamda 45 il həbs və 8 il sürgün cəzasına məhkum ediliblər.
Bu hökm sonunda təcdid-nəzər dadqahında 2 il həbs və 2 il sürgünlüyə çevrilib.

Related Articles

Bir cavab yazın

Back to top button