Dünya

Türkiyə Qazaxıstana meşə yanğınlarında insan tələfatı ilə bağlı başsağlığı verib

Türkiyə Xarici İşlər Nazirliyi Qazaxıstanın Abay əyalətində baş verən meşə yanğınları nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.

“Aznewstv” xəbər verir ki, bu barədə paylaşım nazirliyin tviterdəki səhifəsində yerləşdirilib.

“Abay vilayətində baş vermiş yanğınlar nəticəsində meşə təsərrüfatının 14 işçisinin həlak olması xəbərini dərin hüznlə aldıq. Dost və qardaş Qazaxıstan xalqına və hökumətinə başsağlığı veririk”, – paylaşımda deyilir.

Xatırladaq ki, ilkin olaraq 0,3 hektar sahədə ağaclar yanıb. Yanğının söndürülməsi üçün helikopter gətirilib. Bundan başqa, meşə yanğınının söndürülməsinə üç regiondan xilasedicilər göndərilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyunun 12-ni Abay əyalətində meşə yanğınında həlak olanların xatirəsinə ümummilli matəm günü elan edib.

Related Articles

Bir cavab yazın

Back to top button