İran

İran-Pakistan sərhədində silahlı toqquşma-6 İran sərhədçisi öldürülüb

İranın Sistan və Bəluçistan əyalətinin Pakistanla sərhəddində yerləşən Saravan bölgəsinin Məzəsər sərhəd məntəqəsində silahlı hücum nəticəsində 6 İran sərhədçisi öldürülüb.

Bu barədə İran polis qüvvələrinin komandiri Əhmədrza Radan məlumat verib.

Öldürülənlərin Məhəmməd Camalzadə,Yunis Seyfinəjad, Nasir Heydəri adlı sıravi əsgərlər, Hüseyn Badaməki, Əli Qəni Batədbir və Rza Borci adlı çavuşlar olduğu bildirilir.

İran polis qüvvələrinin komandiri hücumun kimlər tərəfindən edildiyi barədə əlavə açıqlama vermədən onların “silahlı quldurlar” olduğunu deyib.

İranın bir sıra rəsmi media orqanları isə hadisənin mayın 20-i gecə saatlarında baş verdiyini və sərhədçilərin ölkəyə girməyə çalışan silahlı qruplaşma üzvləri tərəfindən öldürüldüklərini yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button