İran

İran sərhədçisi öldürüldü

İranın Sistan və Bəluçistan əyalətinin Səravan sərhəd bölgəsində gizir Həsən Qorzai silahlı şəxslərin hücumu nəticəsində öldürülüb.

Bu barədə Sistan və Bəlucistan əyalətinin Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda iyunun 27-i gecə saatlarında silahlı qruplaşma üzvlərinin hücumu və ölkə ərazisinə daxil olmaq cəhdinin qarşısının alındığı bildirlib.

Qarşıdurma nəticəsində Səravan Sərhəd Alayının 139-cu sərhəd bölməsinin sərhəd zastavasının 16-cı qülləsinin sərhədçiləri arasında silahlı qarşıdurma olduğu və bir sərhədçinin güllələndiyi qeyd edilib.

Hücumçuların terrorçu və quldur adlandırıldığı bəyanatda onların hansı təşkilat və qruplaşmaya bağlı olduqları barədə açıqlamaverilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button