Dünya

Britaniya: “Dərslərin açılmaması uşaqlar üçün virusdan da pisdir”

Britaniyanın sağlamlıq üzrə baş müşavirləri bildirblər: mədrəsəyə getməmək uşaqlar üçün koronadan daha pisdir.
Britaniya üzrə Sağlamlıq İşləri Dövlət Baş Müşavirlərindən bir sırası birgə bəyaniyyə nəşr ediblər. Bəyaniyyədə bildirilib ki, təhsil fürsətlərinin itirilməsi, uşaqlar üçün koronaya tutulmaqdan daha xətərlidir.
Sağlamlıq müşavirləri həmin bəyaniyyədə vurğulayıblar ki, uşaqlar yay tətillərindən sonra klaslarda olmalıdırlar.
Bir sıra bilgilərə əsasən, uşaq, yeniyetmələr və gənclər çox az sayda koronaya tutula bilərlər. Onların sırasında bu virusdan ölmələr daha azdır.
Amma virusa tutulma məsələsindən savayı yayılması da vardır.
Beynəlmiləl Sağlamlıq Sazimanı və UNESCO təhqiqatlara istinadən bildiriblər ki, böyük uşaqlar azyaşlılara nisbətən virusu daha çox yayırlar.

Related Articles

Bir cavab yazın

Back to top button