Dünya

İsrailin Baş vəziri uluslararası ictimaiyyəti İrana qarşı tədbir görməyə çağırdı

İsrailin baş vəziri Naftali Bennet uluslararası Atom Enerjisi Ajansının (MAQATE) İranın atom fəaliyyətləri ilə bağlı yaydığı son raporuna təpki verib.

O, uluslararası birliyi Tehrana qarşı tədbir görməyə səsləyib.

Septambrın 10-u axşam saatlarında mətbuata açıqlamasında ölkəsinin İranın atom fəaliyyəti ilə bağlı son raporuna çox ciddi yanaşdığını bildirən Bennet deyib ki, İsrail İranın atom silahına yiyələnməsinin qarşısını almaq üçün əlində olan bütün güc və imkanlardan istifadə edəcək.

“Hesab edirik ki, dünya birliyi İranın atom alanında atdığı son addımlarına cavab verməlidir.

İran yenə dünya birliyinə yalan danışır və uluslararası birlik qarşısında üzərinə götürdüyü öhdəlikləri pozaraq, atom bombası ürətimi ilə bağlı proqramını davam etdirir.

Bir daha bildiririk ki, dünya birliyi İranın bu qanun pozuntularına kəskin cavab verməlidir. Əminəm ki, dünyanın məsələyə məhz belə yanaşması Tehran rejiminin bununla bağlı mövqeyinin dəyişməsinə gətirib çıxara bilər”, -deyə İsrail baş baxanı bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button