Azərbaycanİran

Daha bir soydaşımız irqçi sistemə qalib gəlib

Təbriz şəhərində doğulan uşağın ailəsi aylarla davam edən hüquqi mübahisələr nəticəsində övladına seçdiyi Alparslan adına şəxsiyyəti təsdiq edən sənədin verilməsinə nail olublar.

Adın türk mənşəli olduğu üçün məhkəmə prosesi təxminən 2 il 3 ay davam edib.

Bununla bağlı məlumat milli fəal Abbas Lisaninin Telegram kanalında təfərrüatları ilə işıqlandırılıb.

İranda türk mənşəli adların qoyulması aylarla, illərlə uzadılır və maksimum dərəcədə ertələnir. Prosedur qaydalarına əsasən isə İranda yeni doğulan körpələrə 1 gün ərzində vətəndaşlıq statusu və bunu təsdiq edən şəxsiyyət sənədi verilir.

Related Articles

Bir cavab yazın

Back to top button