Dünya

İsrail Livana zərbələr endirib, ölənlər var

Livan mediası İsrailin Bint-Cbeil şəhərinə hücumu nəticəsində ölənlərin olduğunu bildirib.

Bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb.

Bildirilib ki, İsrailin ölkənin cənubundakı Bint Cbeil şəhərində binaya endirdiyi zərbə nəticəsində 3 nəfər həlak olub.

İsrail Müdafiə Qüvvələri bu barədə heç bir şərh verməyib.

Qeyd edək ki, Bint Cbeil “Hizbullah”ın nəzarətindədir, şəhərin böyük hissəsi 2006-cı ildə İsrail və “Hizbullah” arasında müharibə zamanı dağıdılıb.

Related Articles

Bir cavab yazın

Back to top button