İran

Jurnalist Pərisa Salehi həbs cəzasına məhkum edildi

Kərəc şəhərində yaşayan jurnalist və ictimai fəal Pərisa Salehi 1 il həbs cəzasına məhkum edilib.

Həbs barədə Kərəc şəhərinin İnqilab Məhkəməsi qərar çıxarıb.

O, “hakimiyyətə qarşı təbliğat”da günahlandırılıb.

Bununla yanaşı Pərisa Salehi həbsdən sonra iki il müddətinə sürgün edilməsi və 2 il sosial mediada fəaliyyətinə qadağa qoyulması barədə qərar çıxarılıb.

Qeyd edək ki, Tehran Universitetinin iqtisadiyyat fakültəsinin aspirantı olan Pərisa Salehi, “Dünyayi iqtisad” qəzetinin əməkdaşıdır.

Related Articles

Bir cavab yazın

Back to top button