Azərbaycanİran

Muğanda təbii fəlakətdən zərərçəkənlər taleyin ümidinə buraxılıb

Güney Azərbaycanın Germi və Biləsuvar bölgələrində baş verən sel daşqınlarından sonra minlərlə insan acınacaqlı vəziyyətə düşüb.

Ərdəbil vilayətinin Germi və Biləsuvarın kəndlərində baş vermiş dağıdıcı seldən bir həftə keçməsinə baxmayaraq, bu bölgəyə yardımın çatdırılması hələ də təmin olunmayıb. Azərbaycanın müxtəlif bölgələrindən olan vətəndaşlar ilk gündən ictimai yardımları toplayaraq seldən zərər çəkmiş ərazilərə göndərməklə müxtəlif kampaniyalara başlayıblar.

Bu videoların birində yaşlı bir qadın deyir: “Heç nəyim qalmayıb, içməyə suyum, yeməyim belə yoxdur”. Başqa bir videoda isə qadın deyir ki, seldən sonra Yaylağ Məçid kəndində su, işıq və qaz kəsilib, kəndin evləri dağılıb, sel məişət texnikasını aparıb.

Hökumətin daşqın qurbanlarının vəziyyətinə məhəl qoymamasını tənqid edən bu qadın “Biz azərbaycanlıyıq” deyir və Azərbaycan xalqından daşqın qurbanlarına kömək etməyi və onları selin yaratdığı ağır vəziyyətdən xilas etməyi xahiş edir.

#Azerbaycaninguneyi #Bilesuvar #Germi

Related Articles

Bir cavab yazın

Back to top button