İran

Polislə qarşıdurma videosunu yayanlar həbs olunublar

Tir ayının 31-də nəşr edilmiş xəbərə görə, Şumali Xorasanın Polis İdarəsinin fərmandehi Əlirza Məzahiri bildirib ki, Şirvanın parkında məmurlarla bir neçə gəncin qarşıdurması videosunu yayma ittihamı ilə 2 nəfər tutuqlanıb. Videoda bir neçə gəncin Şirvanın polis məmurları ilə qarşıdurması və gənclərdən biri idman tekniki ilə məmurların birini vurub yerə yıxılması göstərilir.“Şirvanın parklarından birində oğurluq olduğuna məlumat daxil olandan sonra polis məmurları parka göndərilib və orada olan bir neçə gənc hörmətsiz davranışlar və qanunu pozaraq məmurlarla qarşıdurma edib sonra hadisə yerindən qaçıblar. Həmin yerdə olan bir şəxs hadisəni çəkib və neçə gün sonra İnstaqram İctimai Şəbəkəsində paylaşıb. Şimali Xorasanın Polis İdarəsi onu və başqa bir nəfəri də əlbir olma ittihamı ilə sayber əməliyyatla tanıyıb”, – deyə Məzahiri əlavə edib. Onun sözlərinə görə, polis heç vaxt kimsəyə qanun pozuntusuna və qanun icraçısına hörmətsiz davranmasına icazə verməyəcək. Əlavə edək ki, məmurlarla qarşıdurma etmiş şəxslər də axtarışdadır.

Related Articles

Bir cavab yazın

Back to top button