İran

Urmu zindanında siyasi məhbuslar döyülüb

Urmu zindanında siyasi məhbuslara qarşı zorakılıq baş verib.

Urmu zindanında siyasi məhbuslara qarşı zorakılıq baş verib.

“Aznews tv”xəbər verir ki, məhbusların həbsxana nəzarətçiləri və Ettelaat məmurları tərəfindən döyüldüyü və təkadamlıq kameralara salındığı bildirilir.

“Mühafizəçilər zindan rəisinin və Ettelaat idarəsinin rəisinin əmri ilə siyasi məhbusların saxlanıldığı bölməyə hücum edib.

Onlar 47 siyasi məhbusu başqa bölməyə köçürərkən zorakılığa əl atıb, onları döyərək şəxsi əşyalarını dağıdıblar”-, insan haqları təşkilatlarının məlumatında bildirilib.

Məlumatda yanvarın 10-u, səhər saatlarında ETTELAAT-ın keçirdiyi əməliyyatda azərbaycanlı məhbus Hamid Qaraoğlani da daxil olmaqla 20 məhbusun ağır yaralı vəziyyətdə təkadamlıq kameralara salındığı və onlara tibbi xidmət göstərilmədiyi qeyd olunub.

Onun bacısı Haniyə Qaraoğlani sosial media hesabında hadisəni təsdiq edib.

Related Articles

Bir cavab yazın

Back to top button