İran

İranda erkən nikah halları artıb

İranda azyaşlı qız uşaqlarının məcburi evləndirilməsi halları artıb. Bu barədə məlumat yayan İran Statistika Mərkəzi son 6 ayda ölkədə yaşı 15-ə çatmayan 20 min 648 qız uşağının evləndirildiyini bildirib.

İranlı sosioloq Əmir Mahmud Hərirçi məsələ ilə bağlı verdiyi açıqlamada bunun ölkədə hakim olan iqtisadi problemlər və yoxsulluqla bağlı olduğunu deyib.

Qeyd edək ki, bundan öncə BMT-nin İnsan Haqları Şurasının İran üzrə xüsusi məruzəçisi Cavid Rəhman məsələ ilə bağlı açıqladığı hesabatda İranda erkən nikah sayının narahatedici səviyyədə olduğunu deyib.

O, İran hökumətinin qız uşaqları və qadınlara qarşı davranışlarında təcili islahata ehtiyac duyulduğunu bildirib.

Qeyd edək ki, İran Vətəndaşlıq Qeydiyyatı İdarəsinin son statistik hesabatına görə, ötən günəş ilində yüksək riskli yaş qrupu olan 10-19 yaşa qədər olan analar tərəfindən 69103 körpə gətirilib.

Onlardan 1474-ü 10-14 yaşarası azyaşlı analar tərəfindən doğulub.

Related Articles

Bir cavab yazın

Back to top button