İran

Əbdülriza Himməti: “İqtisadi qaynaqlar yaratmaq üçün əsginas çap etməliyik”

Mərkəzi Bankın baş rəisi Əbdülriza Himməti bəhmən ayının 14-də Tehran Əyaləti üzrə Müqavimətli İqtisad Sitadının toplantısında iştirak edib. O, mali qaynaqlar yaratmaq üçün əsginas çap etmək fikrini irəli sürüb. Himməti 60 milyon nəfər üçün nəzərdə tutulan məişət layihəsindən də söz açıb. Həmin mali qaynaqlardan layihə çərçivəsində aylıqların ödənilməsi üçün istifadə ediləcəyini deyib. Dövlətin bank sisteminə 200 milyard tümən borcunun olmasına da diqqət çəkilib. Bu vəziyyətin bankları çətin duruma saldığı vurğulanıb. Xatırladaq ki, Mərkəzi Bankın baş rəisi Əbdülriza Himməti azər ayının 18-də mali qaynaqların yaradılması üçün əsginasın çap edilməsi fikrinə qarşı çıxıb. Milli pulun dəyəri ilə bağlı məsuliyyət daşıdığını diqqətə çatdırıb. Dövlətin büdcə çatışmazlığını aradan qaldırmağa yönəlmiş bu üsul iqtisadçılar tərəfindən də intiqad edilib. İran iqtisadı üzrə məsələlərin təhlilçisi Firidun Xavənd məsələyə münasibət bildirib. “Ruhani dövlətinin büdcə çatışmazlığını həll etməklə bağlı söylənilən fikirlər nağd pulun 3000 min milyard tümənə qalxmasına səbəb olub. Təvərrüm İran cəmiyyətinin təbəqələrinin iqtisadi durumuna mənfi təsir göstərib”,-deyə o, qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button