İran

Türkiyə mətbuatı Əliriza Fərşidən yazıb

Türkiyə mətbuatında Əlirza Fərşinin məhkumluğu barədə xəbər dərc olunub. Belə ki, “Anadolu” ajansının fars və türk bölmələrində yayınlanan xəbərlərdə azərbaycanlı fəalın Tehranın İnqilab Məhkəməsinin 26-cı Şöbəsinin rəisi qazı İman Əfşari tərəfindən 50 ay təziri həbsə məhkum edildiyi vurğulanıb. Bundan əlavə, məlumatlarda Əliriza Fərşinin Bələdiyyənin Yenidən Gəlişdirmə Bəxşində icbari işləməyə məcbur edilməsi barədə məqamlar yer alıb.
Vurğulayaq ki, azərbaycanlı mədəni fəal Əliriza Fərşi ana dilində təhsil almaq hüququnun təminatı üçün dəfələrlə etiraz edib. O, İslami Cəza Qanunun 610-cu maddəsinə görə, “milli əmniyyətə qarşı toplaşma və işbirliyi” ittihamı ilə 3 il 6 ay təziri həbsə məhkum olunub, İslami Cəza Qanunun 500-cü maddəsinə görə, “nizama qarşı təbliğat” ittihamı ilə 8 ayadək azadlıqdan məhrum edilib. Habelə fəal 2 ilədək qruplara, hizblərə, birləşmələrə üzvlükdən məhrum olunub, eləcə də Tehran şəhəri Bələdiyyəsinin Yenidən Gəlişdirmə Bəxşində gündəlik 4 saat olmaqla 2 ayadək icbari işləməyə məcbur edilib.

Related Articles

Bir cavab yazın

Back to top button