İran

Qeyri-fars millətlər 25 illik anlaşmaya dair bəyanat yayıblar

İran ilə Çinin 25 illik müahidəsi xüsusunda qeyri-fars millətlər bəyaniyyə yayıblar. Sənəd Ələhvaz Azadlıq Hərəkatı, Güney Azərbaycan Demokrat Partiyası, Azərbaycan Mərkəz Partiyası, Dirəniş Azərbaycan Milli Müqavimət Təşkilatı və Bəluçistan Xalq Partiyası tərəfindən imzalanıb.
Bəyaniyyədə deyilir:
“Biz İran ilə Çinin 25 illik müahidəsini rəsmiyyətə tanımırıq. Bildiyiniz kimi, qapalı qapı arxasında illərlə gizli danışıqlardan sonra, İran ilə Çinin Xarici İşlər vəzirləri 7 fərvərdin 1400-cü ildə 25 illik bir müahidə bağlayıblar.
Bəyaniyyədə bu müahidənin İranda yaşayan xalqlar üçün faciəli olduğu vurğulanıb. İran rejiminin bu kapitulasion və təslimçilik tərhində bildirilib ki, Vilayət Fəqih rejimi bir neçə yüz milyard dolar qarşılığında öz çirkin nizamını bərkitmək üçün Çinin stratejik siyasətlərinin tamamilə İranda və bölgədə gücləndirməsinə imkan yaradır. Bu müahidə ilə Körfəzdən Xəzər sahillərinə, nəft yataqlarından atom enerjisinə, iri dəmir yolu, eləcə də dəniz ilgilərindən tutmuş bir sıra məsələlər Çinin ixtiyarına buraxılıb. Bundan başqa, mali bank həmkarlıqları, internet teknolojiləri, əmniyyəti işlər və nizami məsələlər bu ölkəyə həvalə edilib.
Xalq hakim diktator və Vəli Fəqih şovinist rejimini qəbul etmir. Bu rejim Bəşar Əsəd kimi bir neçə il də iqtidarda qala bilmək üçün hər cür çirkin yollara əl atır. Suriyədə olanlar, artıq İranda da olmaqdadır. Bu müahidə ilə, habelə mövcud şəraitdə bizim çoxxalqlı İranda nigaranlığımız daha da artıb.
Beynəlmiləl təşkilatlara və dünyanın qabaqcıl ölkələrinə səslənərək bildiririk ki, bu kapitulasion və istemara əsarət olan müahidəni rəsmiyyətə tanımırıq. Çin dövlətindən tələb edirik ki, işğalçı rejim və çökməkdə olan İran İslam Cümhuriyyətinin dəyirmanına su töküb qalması üçün yardımçı olmasın”.

Related Articles

Bir cavab yazın

Back to top button