İran

İran son etiraz aksiyalarına görə ABŞ-dan 130 milyard dollar təzminat tələb edəcək

İran hökuməti ölkədəki son iğtişaşlara səbəb olduğunu iddia edərək ABŞ-dan 130 milyard dollar məbləğində kompensasiya almaq niyyətindədir.

Xəbər verilir ki, bu barədə İran Ali Məhkəməsinin rəsmi nümayəndəsi Qulam Hüseyn İsmailinin bəyanatında deyilir.

“ABŞ-a qarşı 360-dan çox iş açılıb və bunlar İran xalqına, ümumilikdə, 130 milyard ABŞ dolları məbləğində təzminat ödənilməsini nəzərdə tutur”, – Ali Məhkəmə nümayəndəsi deyib.

Bununla yanaşı, o qeyd edib ki, hökumət bu məsələdə Xarici İşlər Nazirliyinin yardımına arxalanır.

Xatırladaq ki, noyabr ayında İranın bir sıra şəhərlərində hökumətin benzinin qiymətini qaldırması və ona kvotalar tətbiq etməsi qərarı ilə əlaqədar etiraz aksiyaları, o cümlədən silahlı qarşıdurmalar olub. Mitinqlər nəticəsində yüzlərlə insan həyatını itirib.

Related Articles

Bir cavab yazın

Back to top button